Rusiyanın Krasnodar vilayətində keçirilən universiadada dünyada ilkə imza atıb.
Fiqurlu konkisürmə yarışında ilk dəfə olaraq buz meydançasına hicablı qız çıxıb. Hicablı qız Zəhra Lari adlı BƏƏ-li idmançıdır. Onun hicabda buz meydançasına çıxması üçün Beynəlxalq Konkisürmə Federasiyası qaydalara dəyişiklik edib.
Hicablı konkisürən jurnalistlərə müsahibəsində deyib ki, ona hicabda öz nömrəsini nümayiş etdirmək asan olmadığını deyib.
23 yaşlı müsəlman konkisürən 12 yaşından fiqurlu konkisürmə ilə məşğuldur. Ərəb idmançının məşqçisi rusiyalı Aleksandra İyevlevadır. baku.ws