Ramil Usubov Mirhəşimovu RƏİS TƏYİN ETDİ

10:57 - 11 Mart 2019 - Xəbər

Daxili işlər Nazirliyində kadr dəyişikliyi olub.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik leytenantı Anar Mirhəşimov nazirliyin Baş İstintaq və Təhqiqat idarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi təyin olunub. O, bu təyinata qədər həmin idarənin rəis müavini olub.


Xəbəri Daxili İşlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.

Xəbər xətti