Bakının Binəqədi rayonunda orta məktəbdə şok hadisə baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə şəhər sakinləri BAKU.WS-ə şikayət ediblər. Bildirilir ki, 30 saylı orta məktəbin Mehman adlı hərbi hazırlıq müəllimi şagirdlərlə vəhşicəsinə hərəkətlər edir.
Müəllim şagirdləri döyür və təhqir edir. Məktəbin 11-ci sinif şagirdlərindən biri müəllimin hərəkətlərini çəkib və görüntüləri BAKU.WS-ə göndəriblər.
Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirir.
Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov BAKU.WS-ə bildirdi ki, şikayətlə bağlı araşdırma aparılacaq.