Bakıda ər və arvadı maşınla vurub qaçan sürücü tutuldu

13:13 - 6 Mart 2019 - Xəbər

Xəzər rayonunda avtomaşınla iki piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, fevralın 27-də Buzovna qəsəbə sakinləri V.Əliyev və arvadı İ.Manafovanın xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla onların saat qəsəbə ərazisində yolun kənarı ilə gedərkən avtomobillə vurulduqları müəyyən edilib.

Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən hadisənin “Mercedes” markalı avtomobillə törədildiyi məlum olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti