Azərbaycanda məhkumların sayı açıqlanıb

13:08 - 6 Mart 2019 - Xəbər

 “Azərbaycanda məhkumların sayı azalıb. 2015-ci ildə Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılanların sayı 24 mindən çox idisə, 2018-ci ildə bu rəqəm 21 800 olub”.

Bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətində jurnalistlərlə keçirilən görüşdə nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib.
“Burada 3 minə yaxın fərq var. Deməli, 3 cəzaçəkmə müəssisəsinin fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Bütün bunlar Prezident İlham Əliyevin cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamından irəli gəlir”, - M.Ələkbərov qeyd edib. report

Xəbər xətti