Dünyanın ən bahalı avtomobili təqdim edilib

00:28 - 6 Mart 2019 - Xəbər

 Fransanın "Bugatti" avtomobil şirkəti Cenevrənin avtosalonunda dünyanın ən bahalı avtomobilini təqdim edib.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə istehsalçının xəbərində deyilir. Qara hiperkar "La Voiture Noire"in qiyməti 11 milyon avrodur. Avtomobil hələ ki, bir nüsxədə təqdim olunub və artıq satılıb. Alıcının adı açılmır.

Hiperkar buraxılış ili 1936-cı il olan "Bugatti Type 57 SC Atlantic" nişan modelinin 110 illik yubiley markasına həsr edilib. Yeni marka "Bugatti – Chiron" markası əsasında yaradılıb.

Xəbər xətti