Bu il Gürcüstanda 2100-dən çox qızılca xəstəliyinə yoluxma faktı qeydə alınıb.
"Qafqazinfo" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib. O deyib ki, cari ildə qızılcadan 1 ölüm hadisəsi baş verib: “Gürcüstanda qızılca əleyhinə kifayət qədər peyvənd var və bu xəstəliyin qarşısını yalnız peyvəndlənmə yolu ilə almaq olar”.
P.İmnadze ölkədə qrip virusu ilə bağlı hazırkı vəziyyətə də toxunub. O bildirib ki, ötən ilin dekabr ayı ilə müqayisədə qripə yoluxma halları 2,5 dəfə azalıb.
Mərkəz rəhbəri qeyd edib ki, qrip virusunun yayılması aprelin ikinci yarısına qədər davam edəcək.