Yerin yaxınlığından daha bir asteroid keçib

21:25 - 5 Mart 2019 - Xəbər

Yer kürəsinin 441 min kilometr məsafəsindən "2015 EG" asteroidi keçib.

“Report” "Space.com"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) məlumat yayıb. 42 metrədək ölçüyə malik asteroid ilk dəfə NASA tərəfindən 2015-ci ildə müşahidə olunub.

Qeyd edək ki, “Catalina Sky Survey” tədqiqat proqramı çərçivəsində bu ilin fevral ayının 11-də "2019 CN5" asteroidinin Yer kürəsindən cəmi 118,2 min kilometr, ayın 15-də isə "2019 CS5" asteroidinin 400 min kilometr məsafədə keçdiyi bildirilir.

Xəbər xətti