ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberq tezliklə Bakıya gələcək.
Bu barədə səfirliyin rəsmi Facebook səhifəsində məlumat verilib.
Qeyd edək ki, ABŞ Senatı ötən ilin dekabrında diplomat Li Litzenberqin Azərbaycana səfir postuna namizədliyini təsdiqləyib.
Onun namizədliyi prezident Donald Tramp tərəfindən təklif edilmişdi. Səfir postuna təyin edilənə qədər diplomat Serbiya, Qırğızıstan səfirliklərində, həmçinin Birləşmiş Ştatların NATO yanındakı missiyasında çalışıb. qafqazinfo