Biləsuvarda modul tipli məktəbin açılışı oldu- Foto

20:32 - 5 Mart 2019 - Xəbər

Biləsuvar rayonunun Muğankənd kənd ümumi orta məktəbi üçün inşa olunmuş modul tipli məktəbin açılışı oldu

Biləsuvar rayonunun  Muğankənd kənd ümumi orta məktəbi üçün inşa olunmuş 80 yerlik modul tipli məktəbin açılışı oldu. Ucnoqta.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev  çıxış edərək məktəbin pedaqoji kollektivini, şagirdləri və valideynləri, kənd sakinlərini təbrik etdi, işlərində uğurlar arzuladı.
M.Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində son illər respublikamızın hər yerində olduğu kimi rayonuda da sürətli abadlıq və tikinti işləri aparılır, yeni-yeni təhsil, səhiyyə ocaqları tikilir, əhalinin normal şəraitinin təşkili üçün bir çox sosial layihələr həyata keçirilir.

İcra başçısını sözlərinə görə, bütün sahələrin inkişafı üçün qəbul edilmiş Dövlət Proqramları müvəffəqiyyətlə icra olunur: "Bütün bunlar məhz cənab Prezidentimizin bizə olan köməyinin nəticəsində baş verir. Bu gün açılışına yığışdığımız bu tədris ocağı da cənab Prezidentin müvafiq sərəncamına əsasən inşa olunub. Əvvəlki bina heç bir şəraiti olmayan primitiv və uyğunlaşdırılmış bina idi. Burada isə həm müəllimlər, həm də şagirdlər üçün gözəl şərait yaradılmışdır. Biz də ölkə rəhbərinin həyata keçirdiyi bu kursu rəhbər tutaraq  çalışırıq ki, rayonumuzda yaxın illər ərzində  bir dənə də olsun yararsız məktəbimiz qalmasın. Hər bir məktəbimizdə tədris üçün bu cür gözəl şərait olsun. Müəllimlərimiz gözəl binalarda işləsinlər, şagirdlərimiz isə gözəl məktəblərdə dərs keçsinlər".

Sonra rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev kənd ağsaqqallarının xeyir-duası ilə  məktəbin açılışını bildirən qırmızı lenti kəsdi və məktəbə baxış keçirdi.


Xəbər xətti