Ötən il Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin (KİV) sayı 5250-yə çatıb.
Bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, ötən il 56 mətbu nəşr uçota götürülüb. Həmçinin, ötən il ərzində 2017-ci illə müqayisədə dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumlarının sayında artım olub. Belə ki, il ərzində qeydiyyata alınan qeyri-kommersiya qurumlarının sayı 169 təşkil edib.
Hazırda ölkədə qeyri-kommersiya qurumlarının sayı 4350 təşkil edir.report