Allahşükür Paşazadə: "Ermənistan dövləti, milləti, din xadimlərinin hamısı yalançıdır"

14:27 - 5 Mart 2019 - Xəbər

 "Hazırda Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması bağlı dəfələrlə məsələ qaldırmışıq, məsələ hələ də həll olunmur".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Ermənistan dövləti, milləti, din xadimlərinin hamısı yalançıdır, bizi aldadırlar. Biz özümüz güclü, qüvvətli olaq ki, başqa dövlətlər də bizdən çəkinsinlər", - deyə o bildirib.

Xəbər xətti