"Araz" marketin işçisini qətlə yetirənə hökm oxunub

12:44 - 5 Mart 2019 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin hökmü ilə S.Əliyev 18 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində S.Əliyev "Araz" Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimovu bıçaqlayıb. Nəticədə V.Hüseynzadə dünyasını dəyişib, K.Səlimov isə xəstəxanaya yerləşdirilib.

Xəbər xətti