Gəncədə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

10:50 - 5 Mart 2019 - Xəbər

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Taleh Həsənov saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman üzərindən 0.4 qram narkotik vasitə olan “heroin” aşkar olunub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Həsənova narkotik vasitə satan şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Turan Məmmədov olduğu müəyyən edilib.

Onun evinə baxış keçirilən zaman 27.3 qram narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti