Vətəndaşlar təkcə öz hüquqlarını öyrənməklə kifayətlənməməli, həm də həmin hüquqlardan lazımi anlarda istifadə etməlidir
Hüquqi dövlətin varlığı üçün fərqli cəmiyyətlərdə siyasi ehtiyaclar bəzi qurumların da olmasını tələb edə bilər. Bunlar aşağıdakılardır: Hakimiyyət bölgüsü prinsipi, demokratiya, inzibati aktlar üzərində məhkəmə nəzarətinin olması prinsipi, hüquq və azadlıqların üstünlüyü prinsipi, insan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi. Adətən, dövlətlərin konstitusiyalarında insan hüquq və azadlıqlarına geniş yer verilir. Bu cür deklarativ xarakterli hüquqi sənədlərin mövcudluğu hələ ölkədə hüquqi dövlətin qurulduğunu demək deyil. Hüquqi dövlət olmaq üçün insan haqlarının real tətbiqini təmin etmək lazımdır.
Məsələn, Azərbaycan Konstitusiyasının 12-ci maddəsində yazılır: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hüquqi dövlətdə bütün hakimiyyət orqanlarının, bütün vəzifəli şəxslərin fəaliyyətləri insanların, cəmiyyətin, o cümlədən də bütünlükdə dövlətin həyatının yaxşılaşdırılmasına istiqamətlənir. Vətəndaşlar təkcə öz hüquqlarını öyrənməklə kifayətlənməməli, həm də həmin hüquqlardan lazımi anlarda istifadə etməlidir və dövlət ondan asılı olan hər şeyi yerinə yetirməlidir ki, bu imkanlar gerçəkləşdirilə bilsin. Hüquqi dövlətdə bu istiqamətdə bir sıra qanun və məcəllələr qəbul olunub.
Bunlara Cinayət-Prosessual Məcəllə və Cinayət Məcəlləsini göstərmək olar. Bu məcəllələrdə insan huquqlarının qorunmasına öməm verilir. Məsələn, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat zamanı təhqiqatı aparan şəxs (təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror) zərər çəkmiş şəxsin irəli sürdüyü sübutlarla kifayətlənməməli, əksinə həm onları, həm də icraat zamanı əldə edilmiş digər sübutları CPM-in tələblərinə uyğun olaraq qiymətləndirməlidir.
Bu baxımdan bəzi aşkar cinayətlərlə bağlı (məsələn, CM-in 128, 132-ci maddələri) toplanmış bütün sübutların qiymətləndirilməsi zamanı zərər çəkən şəxslə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs arasında əvvəl mövcud olmuş qarşılıqlı etimadın pozulması nəticəsində zərər çəkən şəxsin qərəzli mövqedə dayanması halı da istisna edilməməlidir.
Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə maddi sübutlar tənzimlənir. Bu maddəyə əsasən, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Cinayət prosesini həyata keçirən orqanın qərarı ilə əşya maddi sübutdur. Əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın.
Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə cinayət təqibi üzrə icraat başa çatdıqda maddi sübutlar barədə qəbul edilən qərarlar tənzimlənir. Bu maddədə qeyd olunur ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm, cinayət prosesini həyata keçirən orqan isə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən aşağıdakı qaydalara riayət edilir: məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır, cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 293.1-ci maddəsinin «böyük ictimai təhlükə törətməyən aşkar cinayət» müddəası həmin Məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərinilkin dəlillərin (sübutların) məcmusu əsasında məhz konkret şəxs tərəfindən aşkar şəraitdə törədilməsi kimi başa düşülməlidir.
CPM-in 297.0.4-cü maddəsinin «cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs» müddəası ilə bağlı isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. CPM-in 46.1-ci maddəsinə görə ( İctimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır) ictimai ittiham və ictimai xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır.
Təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar. CPM-in 38.1-ci maddəsinə əsasən Təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar.
38-ci maddənin digər bəndlərində qeyd edilib ki, cinayətin baş verməsi təsdiq olunarsa, dövlət ittihamçısı təqsirləndirilən şəxsi məhkəmə qarşısında ifşa və ona layiqli cəza tələb etməli, zəruri hallarda isə şəxsin barəsində tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini tələb etməlidir. Cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görməlidir.. Cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir.
Qeyd edilməlidir ki, qanunverici bəzi halları istisna etməklə cinayət işinin başlanmasını ilkin yoxlama aparılması yolu ilə kifayət qədər əsasların mövcudluğundan asılı etmiş, habelə cinayət işinin başlanmasından əvvəl hadisə yerinə baxış istisna olmaqla digər istintaq hərəkətlərinin aparılmasını da qadağan edibdir. CPM-in 207.1.2 maddəsinə əsasən, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalıdır. 207.4-cü maddəyə görə isə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır.
Bununla belə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair cinayət üzrə təhqiqatçı cinayət işi başlamadan sadələşdirilmiş icraat aça bilər (CPM-in 45.3 və 294.1.2-ci maddələri). CPM-in 207.1.2-ci maddəsinə görə isə cinayət işinin başlanması üçün kifayət qədər əsaslar toplanması ilə əlaqədar aparılan ilkin yoxlama aşkar cinayətlərlə bağlı olan məlumatlar haqqında tətbiq olunmur. Belə hal məhkəməyədək sadələşdirilmiş icraatın cinayət əlamətləri olduqda fakt üzrə deyil, cinayəti törətmiş şəxs barəsində həyata keçirildiyini ehtiva edir.