İngiltərə Premyer Liqasının 26-cı turunda "”Mançester Siti” evdə “Çelsi”ni 6:0 hesabı ilə darmadağın edib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qarşılaşma başa çatan kimi “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola qonaqların çalışdırıcısı Maurisio Sarrinin əlini sıxmaq istəsə də, italiya mütəxəssis buna əhəmiyyət verməyib və mətbuat konfransına yollanıb.