Lerikdə zəlzələ olub

18:50 - 5 Fevral 2019 - ÖLKƏ İÇİ

Lerikdə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bala yaxın, ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 19 km olub.

Xəbər xətti