Gəncədə bıçaqlanma hadisəsi olub.
Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər sakini, 2003-cü il təvəllüdlü N.İsmayılova qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Yaxınları 16 yaşlı qızın küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyiblər.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.