Bərdə rayonunda “Qızıltac” şadlıq sarayının yanında iki körpə oğlan tapılıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, uşaqlardan birinin 8 aylıq, digərinin isə 2 yaşında olduğu ehtimal edilir. Əraziyə çağırılan təcili yardım maşınları vasitəsilə uşaqlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi açılıb.