İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Qəbələ sakini idarə etdiyi "Ford" markalı sərnişin mikroavtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən rayonun Mican kənd sakinləri – 1963-cü il təvəllüdlü Mahmudova Qənirə Afət qızı və 1962-ci il təvəllüdlü Paşayeva Ramilə Dursunəli qızını vurub.
Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan Q.Mahmudovanın vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.