Qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb
Samuxda döyülmə faktı qeydə alınıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakini 31 yaşlı B.Şəfiyeva müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.