Sumqayıt şəhərində avtomobil piyadanı vuararaq öldürüb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Musazadə Pərviz Natiq oğlunu magistral yolu keçmək istəyərkən avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.