Gəncədə 5 qadına qarşı dələduzluq edən şəxs saxlanılıb

11:51 - 1 Fevral 2019 - HADİSƏ

Şəhər sakininin bank hesabından 300 manat da çıxarıb

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayı ərzində şəhər sakini N.Qurbanovanın bank hesabından 300 manatını çıxararaq oğurlamaqda və daha 5 qadına qarşı dələduzluq etməkdə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti