Onun digər cinayət əməlinin də üstü açılıb
DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 1,3 qram heroin aşkar edilərək götürülüb.
Ətrafında aparılmış tədbirlərlə onun digər cinayət əməlinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən R.Əkbərovun yanvarın 9-da Ə.Cavad və R.Rza küçələrində “Kia” və “Volkswagen” markalı 2 avtomlobildən şüşəni sındırmaq yolu ilə pul, sənəd, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Araşdırma aparılır.