Xəbər verdiyimiz kimi, Azərbaycanda 36 yaşlı iki uşaq anası 19 yaşlı oğlana qoşulub qaçıb. Bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişinə çıxan Elsevər Həşimovun atası Əli Həşimov məlumat vermişdi.
O, bildirmişdi ki, oğlu dekabrın 25-də evdən çıxıb, Bakıya işləmək adı ilə gəlib: “Oğlum itəndən sonra bilmişik ki, o, 2 uşaq anası ilə telefonda danışıb. Qadın oğlumu telefonda hədələyirdi. Onun telefonunu söndürən zaman tez-tez zəng edirdi. Mənim oğlum dekabrın 25-i, o isə 26-sı yoxa çıxıb. Bu qadın mənim həmkəndlimdir. O, bir neçə dəfə ərə gedib”.
Ucnoqta.az BiG.AZ-a istinadən xəbər verir ki, itkin düşən Elsevər Həşimov tapılıb. O, atanın iddia etdiyi kimi 36 yaşlı iki uşaq anası Aygün Məstalı qızı Həşimova ilə birlikdə qaçıb. Ata canlı yayımda oğlunu da, onunla birgə qaçdığı qadını da qəbul etmədiyini söyləyib: “Mən dəfələrlə bu qadına demişəm ki, oğlumla yazışma. O da mənə Elsevərlə qohum kimi yazışdığını deyirdi. Bu qadının 36 yaşı var. 4 ər dəyişib. Bu qadının ərə getmək yox, pensiyaya çıxmaq vaxtıdır”.
Elsevər Həşimov bildirib ki, öz istəyilə Aygünlə yaşayır: “ İki ildir ki, münasibətimiz var. Mən sevgimi, Aygünü seçirəm. Atam mənə 19 ildir ki, zülm verir”.