Bakı sakinini döyüb telefonunu və qol saatını alıblar

13:01 - 30 Yanvar 2019 - HADİSƏ

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Zalov yanvarın 28-də saat 23 radələrində N.Hacıyev küçəsində 3 nəfərin onu “Niva” markalı avtomobilə mindirərək döyüb mobil telefonunu və qol saatını aldıqlarını bildirib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar başlanılıb. Aparılmış əməliyyat-axtarış tədbirləri ilə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər. Onlardan paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb.

Nərimanov RPİ-də araşdırma aparılır.

Xəbər xətti