Salyan yolunda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb.
Yanvarın 28-də saat 16 radələrində Səbail rayonunun Salyan yolu küçəsində Bakı şəhər sakini E.Məmmədzadə idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini G.Ostraxankini vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.trend