Bərdə rayonununYeni Əyricə kəndində qaz sızmasından partlayış baş verib. Evdə olanlar xəsarət alıb.
Hadisə axşam saatlarında baş verib. Ev sahibi 68 yaşlı FüzuliQasımov və həyat yoldaşı 66yaşlıTünzalə Qazıyeva xəsarət alib. Hər iki yaralı Bərdə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətini orta-ağır qiymətləndirir.
Ağstafada isə yeniyetmə qız dəm qazından boğularaq dünyasını dəyişib. Hadisə rayonun Eynallı kəndində qeydə alınıb.
Kənd sakini 13 yaşlı Aysu Məmmədli yaşadığı evdə dəm qazından boğulub. Ailə üzvləri onu xəstəxanaya çatdırsa da həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.xezerxeber