Avtomobili BP-yə məxsus “Atilla” adlı şirkətin sürücüsü idarə edib
Ötən həftənin cümə günü Xocahəsən yolunda BP şirkətinə məxsus olan H 021 705 dövlət nömrə nişanlı “Land Cruiser” markalı avtomobil, 90 HN 079 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil ilə toqquşub. Bu barədə Ucnoqta.az-a hadisə şahidləri məlumat verib. Nəticədə “07”-də olan 3 nəfərdən 1-i yerindəcə keçinib, ikisi ağır yaralanıb.
Qeyd edək ki, avtomobili BP-yə məxsus “Atilla” adlı şirkətin sürücüsü idarə edib. Sürücü heç bir xəsarət almayıb.