Balakən rayonunda iki yaşlı körpə göldə boğulub.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Yeni Şərif kəndində baş verib. Kənd sakini, 2017-ci il təvəllüdlü Sevinc Xaqani qızı Abdullayeva babasının yaşadığı evin həyətyanı sahəsində balıq saxlamaq üçün yaradılmış sünü gölə düşərək boğulub. S.Abdullayevanın meyiti müayinə edilmək üçün Səhiyyə Nazırliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.