Sürücü qaçıb
Yanvarın 25-dən 26-na keçən gecə saat 1 radələrində Ağdaş rayonunun Ləki kəndi ərazisində müəyyən edilməmiş avtomobillə 65-70 yaşlı kişi vurulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, o, hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.