Biləsuavrda qoyun oğrusu saxlanılıb

10:30 - 26 Yanvar 2019 - HADİSƏ

Təsərrüfatlardan qoyun oğurlayırdı

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə təsərrüfatlardan qoyun oğurlayan şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə Biləsuvar rayon sakini C.Məmmədov DİN-in “102 xidməti zəng mərkəzi”nə müraciət edərək 17 yanvar 2019-cu il tarixində ona məxsus fermadan ümumi dəyəri 1100 manat olan 8 baş qoyunun oğurlanması ilə bağlı məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxsin Biləsuvar rayon sakini Asəf Əliyev olduğu müəyyən edilib və o saxlanılıb.

Aparılan araşdırmalarla onun digər bir oğurluq əməlinin də üstü açılıb. Belə ki, A.Əliyevin cari ilin 14 yanvar tarixində rayon sakini V. Qılıncova məxsus həyətdən ümumi dəyəri 450 manat olan 3 baş qoyunu oğurladığı da müəyyən edilib. Saxlanılan şəxs hər iki faktı törətdiyini etiraf edib və oğurladığı qoyunları İmişli rayonu ərazisində satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti