Goranboyda 15 yaşlı oğlan qardaşını qətlə yetirib

10:10 - 26 Yanvar 2019 - HADİSƏ

 Goranboyda qardaş qardaşı bıçaqla vuraraq öldürüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü X.Məmmədov oyun oynayan zaman mətbəx bıçağı ilə qardaşı, 2002-ci təvəllüdlü İ.Məmmədovun ürək nahiyəsinə zərbə vurub. 17 yaşlı yeniyetmə gənc dərhal ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti