Mingəçevir şəhərində 53 yaşlı kişi intihar edib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsi, ev 18, mənzil 17-də baş verib. Belə ki, həmin mənzilin sakini, 1966-cı il təvəllüdlü İlqar Rəşad oğlu İsgəndərov özünü asaraq öldürüb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib. Onun hansı səbəbdən intihar etdiyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.