Abşeronda yük maşını piyadanı vurub öldürdü

14:09 - 24 Yanvar 2019 - HADİSƏ

Piyada hadisə yerində keçinib.

Hadisə Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində baş verib. Hacıqabul rayon sakini M.Mahmudov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zərqələm Rəhmanovanı vurub.

Yaralı aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.olke.az

Xəbər xətti