Göyçayda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

16:22 - 22 Yanvar 2019 - HADİSƏ

Göyçay rayonunun Şahsoltanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, yanvarın 21-də saat 9 radələrində Göyçay rayonunun Şahsoltanlı kəndi ərazisində Potu kənd sakini Qnyaz Məmmədovun idarə etdiyi “Ford Transit” və Ağsu rayon sakini Bünyad Qaçayevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub. Nəticədə B.Qaçayevin sərnişini, Ağsu rayon sakini Mehman Cavadov hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti