Sumqayıtda aptekin qarşısında kişi meyiti aşkarlanıb.
Hadisə ötən gün saat 17:00 radələrində, Sumqayıt şəhəri 40-cı məhəllədə qeydə alınıb. Aptekə girmək istəyən təqribən 70-75 yaşlı kişi hər kəsin gözü qarşısında qəfil yerə yıxılaraq orada dünyasını dəyişib.
Sumqayıt şəhəri Təcili Tibbi Yardım stansiyasından Trend-ə verilən məlumata görə, ölən şəxsin üzərində onun kimliyini təsdiq edən sənəd olmadığından şəxsiyyəti müəyyən etmək mümkün olmayıb. İlkin ehtimallara görə, ölümə səbəb ürəktutması olub.
Ölən şəxs hüquq-mühafizə orqanlarına təhvil verilərək morqa göndərilib.trend