Yanvarın 13-də saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində naməlum şəxs Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərib.
DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, hadisə zamanı zərərçəkənin köməyinə yaxınlıqda xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Heydər Həsənov çatıb. Onun hadisəyə çevik və operativ reaksiyası nəticəsində quldurluq edən şəxs cinayət başında zərərsizləşdirilərək aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verilib.
Polis Bölməsində araşdırma zamanı hadisəni tərədən şəxsin Sumqayıt şəhər sakini Nicat Həsənli olduğu müəyyən edilib. Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb, istintaq tədbirləri davam etdirilir.