Göygöldə qanunsuz ov edən qohumlar saxlanılıb
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 14-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Göygöl rayon sakinləri Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov olduqları müəyyən edilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ”, markalı ov tüfəngləri və ümumi sayı 84 ədəd patron, habelə ovladıqları 2 ədəd dovşan götürülüb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.