Oğurluq etdiklərinə görə tutulmuş şəxslərin Salyan rayonu ərazisində başqa oğurluq hadisələrini də törətmələri üzə çıxıb.
DİN-dən verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Böyükkişi Hacıyevin və Elmar Şıxəliyevin ətraflarında Salyan RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki 1 mağazadan 1500 manat, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları, 3 həyətyanı sahədən isə 17 baş qoyun oğurlamaları da müəyyən edilib.