Məktəbin 10-cu sinif şagirdlərindən biri yanğınsöndürmə balonu ilə yanğını qismən neytrallaşdırıb
Mingəçevir şəhərində orta məktəbdə yanğın olub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə məktəbin ikinci mərtəbəsindəki paylayıcı şitdə qısaqapanma nəticəsində baş verib. Məktəbin 10-cu sinif şagirdlərindən biri yanğınsöndürmə balonu ilə yanğını qismən neytrallaşdırıb. Bundan sonra şagirdlər təxliyə olunublar.
Hadisə yerinə FHN-nn üç yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstüdən narahatlıq keçirən şagirdlər evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.