Gəncə şəhərində xəstəxanada yanğın olub.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər Endokrinoloji Xəstəxanada hələ ki, bilinməyən səbəbdən yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşın və briqadası cəlb olunub və yanğın söndürülüb. Yanğın zamanı xəsarət alanın olmadığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.