Bakıda oğurluq edən şəxsin digər cinayətlərinin də üstü açılıb.
DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Səddam Nəzərlinin başqa cinayətlərinin də üstü açılıb.
Belə ki, S.Nəzərlinin ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 16-dan noyabrın 23-dək olan müddətdə 3 nəfərin bank kartlarından ümumilikdə 649 manatı çıxararaq oğurlaması da müəyyən edilib.