Dəmir yolundan oğurluq etmək istədi: cərəyan vuraraq öldürdü

13:07 - 5 Yanvar 2019 - HADİSƏ

Bakıda dəmir yolu stansiyasında ölüm hadisəsi olub.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Sabunçu rayonu, Pirşağı dəmir yolu stansiyasının ərazisində 36 yaşlı Mirağa Hüseynov elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırma zamanı onun stansiya ərazisində elektrik naqillərini oğurlamaq istəyən zaman cərəyan vurması nəticəsində öldüyü məlum olub.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti