Selfi çəkdirən tələbə uçurumdan yıxılaraq öldü

11:35 - 5 Yanvar 2019 - Xəbər

İrlandiyada 20 yaşlı tələbə uçurum kənarında selfi çəkən zaman yıxılaraq ölüb.

Oxu.Az “Sky News”a istinadən bildirir ki, gənc Kler qraflığının Moxer uçurumundan yıxılıb. Şahidlərin sözlərinə görə, o əlində telefon ilə sürüşərək uçuruma düşüb. Polis ölən şəxsin Dublində təhsil alan Hindistan vətəndaşı olduğunu müəyyən edib.

Qeyd edək ki, uçurumların hündürlüyü 120 metrdən 214 metrə qədər çatır.

Xəbər xətti