"Çelsi"nin azarkeşinə şok cəza: üç il stadiondan oyun izləmək qadağan olunub

20:21 - 4 Yanvar 2019 - Xəbər

 İngiltərənin "Çelsi" klubunun azarkeşinə 3 il stadiondan futbol matçlarını izləmək qadağan olunub.

"Report" BBC-yə istinadən xəbər verir ki, buna səbəb 20 yaşlı Corc Bredli adlı fanatın Premyer Liqanın XVII turunda "Çelsi"nin səfərdə "Brayton"u 2:1 hesabı ilə məğlub etdiyi oyunda homofob xarakterli şüarlar səsləndirməsidir.

O, məhkəmə prosesi zamanı təqsirli olduğunu etiraf edib. London təmsilçisinin azarkeşi yalnız 2022-ci ildə stadiondan oyunları izləyə biləcək. Fanat həmçinin min avro məbləğində də cəzalandırılıb.

Xəbər xətti