Bakıda bıçaqlanma hadisəsi baş verib.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Aşıq Qurban küçəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyev yanvarın 3-də gecə saat 23:50-də yaşadığı A.Qurban küçəsi, 25 saylı evin qarşısında qonşusu, 1993-cü il təvəllüdlü İntiqam İkram oğlu Mustafayev tərəfindən bıçaqlanıb.
Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.