Bakıda dəm qazından zəhərlənmə baş verib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yanvarın 3-də Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Allahverdiyeva Mirvari Fəaliyyət qızı hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.