Balakəndə 36 yaşlı qadın evində ölü tapılıb

22:38 - 2 Yanvar 2019 - HADİSƏ

Balakən rayonunda qadın meyiti tapılıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, rayonun 1983-cü il təvəllüdlü Tülü kənd sakini Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Z.Əfəndiyevanın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Z.Əfəndiyevanın evli və bir övlad anası olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti