Göygöl rayonunda intihar hadisəsi baş verib.
Ucnoqta.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Kənd sakini, 1951-ci il təvəllüdlü Kamal İsmayılov gecə saatlarında yaşadığı evin damında özünü asaraq intihar edib. İlkin ehtimala görə intihara səbəb mərhumun həyat yoldaşı ilə aralarında olan münaqişə olub. Belə ki, dekabrın 24-də K.İsmayılovun yoldaşı evi tərk edib.